Dərzi şagirdi Urfanla Japonya

Salam, necəsiniz? Sizə bir hekayə danışmağa gəlmişəm. Bir gün yaponiyalı varlı bir adamın qızı itir və adam qızını tapana 12 milyard dollar pul verəcəyini vəd edir.  Qızın adı Şəhla olur  Xəbəri eşidən bir dərzinin şagirdi gedib ustasına deyir:
- Usta, mən gedirəm bu qızı axtarmağa, sən bizimkilərə deyərsən. Usta deyir:
- Ay Urfan, səni məndən bilərlər, həbsə atarlar. Mən orda neyləyərəm?
- Ay usta, mən səndən ayda-ildə bir şey istəyirəm. Mənə kömək et. Hər gün əlli ədəd paltar tikirəm, bu arzumdu, mən yazım, sən ver bizimkilərə.
Usta:
 - Yaxşı, sən yazıb imzala, ver mənə gedim. Amma mənim səndən xəbərim yoxdur, oldu?
- Hə, hə, yaxşı, mən yazıram. 
Urfan məktubu yazıb ustasına verir, özü isə gedir Heydər Əliyev adına Beynəlxalq Hava Limanına. Çatan kimi bilet aldı. Bəxtindən təyyarə uçuşa təzə hazırlanırdı.  Doqquz saatlıq bir yolçuluğun ardından Japoniyaya çatır. Həmin adamı soruşa-soruşa tapır və qapını döyür. Qapını xidmətçi açır.  İçəridə yetmişdən artıq adam vardı. Yemək-filan veriləndən sonra Urfan bir sənədə imza atıb, qızın şəklini götürüb evdən çıxır. Gəzmək üçün yaxınlıqda olan sahilə gedir. Bu zaman  bir oğlan qaçaraq onun kürəyindən itələyir və Urfan dənizə düşür. Gözünü açanda işıqlı bir mağara olduğunu görür. Urfan ora girəndə gözləri qamaşır. İçəridə zəncirlə  bağlanmış bir qız  uzanmışdı, yanında da bir qazan qaynayırdı. Qıza yaxınlaşanda Urfan gördü ki, bu, Şəhladır. Ona əl uzadan kimi  qorxunc bir varlıq qızın yanında peyda olur. Urfan onu görəndə ürəyi ağzına gəldi. Varlıq adının Amanda, özünün isə cadı olduğunu söyləyir, Urfanın niyə burada olduğunu soruşur. Urfan bütün başına gələnləri cadıya danışır. Sonra Şəhlanı niyə burada saxladığını soruşur. Cadı Amanda:
- Mən onun gözəlliyini alacam. Bu qazan da buna görə qaynayır. Urfan Amandanı qırağa çəkib qazandakı suyu  yerə tökür. Sonra yanında olan bıçağı götürüb cadının ürəyinə sancır. Şəhlanı zəncirlərdən xilas edib mağaradan çıxarır. Çətinliklə də olsa, sahilə çıxırlar və qızın üzünü örtüb yollanırlar qızın atasının yanına. Gedəndə atası oğlandan kartını istəyib, qızını götürüb nömrəsi ilə təşəkkür edir.
Urfan ağlının və şansının gücü ilə çətin əngəlləri aşa bilməsəydi, kasıb bir dərzi şagirdi olaraq qalacaqdı.

Yazan: Ayxan Ədilzadə

Redaktor: Tünzalə Xəlilova

Mövzu: Ədil Ədilzadə