Di Maria keçmiş klubuna qayıdacaq

"Benfika"nın futbolçusu Anhel Di Mariya mövsümün sonunda komandasından ayrılacaq.

Sabahinfo.az  "Record"a istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Yayda Portuqaliya klubu ilə müqaviləsi başa çatacaq futbolçunun azad agent kimi "Rosario Sentral"a keçəcəyi bildirilib.

D Mariyanın yetirməsi olduğu klubla bu barədə razılaşdığı qeyd olunub.

Ötən il Argentina millisi ilə dünya çempionu olan Di Mariya bu ilin yayında "Benfika"ya keçmişdi.  "Rosario Sentral"ın yetirməsi olan futbolçu 2005-2007-ci illərdə bu klubun əsas komandasında çıxış edib.