DİN Bərdədə əməliyyat keçirdi - Silahlı dəstə saxlanıldı

Bərdədə heroin alveri ilə məşğul olan silahlı dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon sakinləri Pərviz Bədirov, Sərdar Talıbov, Vüsal Məmmədov və qardaşı Pərviz saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan müxtəlif çəkidə heroin və marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə Pərviz Məmmədovun yaşadığı evə baxış zamanı oradan da heroin və qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.