DİN pişiyə işgəncə verən şəxslə bağlı araşdırmaya başladı

Həmin videogörüntülərlə bağlı araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, Beyrək Mirzəyev adlı şəxs pişiyin tüklərini yolub, daha sonra onu suda boğmağa çalışmaqla işgəncələr verib. Bunun ardınca isə ironik olaraq guya pişiyə işgəncə verdiyi üçün gözlərinin kor olduğunu bildirərək videolar yayımlayıb. Onun bu hərəkəti ictimaiyyət tərəfindən kəskin tənqid olunub və əməllərinə görə hüquqi olaraq cəzalandırılması tələb edilib.