" Doğru Yol" Milli - Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyi tədbir keçirib

"Doğru Yol" Milli-Mənəvi Dəyərlərin Təbliği-İB “Regionlarda milli-mənəvi dəyərlərin qorunması yönündə maarifləndirici tədbirlərin təşkili”  layihəsi çərçivəsində İsmayıllı rayonunda tədbir keçirib.

“Doğru Yol" milli-mənəvi dəyərlərin təbliği İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda milli-mənəvi dəyərlərin qorunması yönündə maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecində tədbir həyata keçirib. Tədbirdə həmin kollecin müəllim və şagirdləri iştirak edib. Tədbiri giriş sözü ilə açan "Doğru Yol" Milli-Mənəvi Dəyərlərin Təbliği İB-nin sədr müavini Kərim Boyaqçızadə  layihənin keçirilməsində əsas məqsədin milli-mənəvi dəyərlərin önəmindən və qorunmasında söz açıb görülən işlərdən danışıb.

Daha sonra kollecin müəllimi Elmir Ağayev milli-mənəvi dəyərlərlə bağlı çıxışı zamanı tələbələrə ətraflı məlumat verib. daha sonra kollecin tarix müəllimi Mövlud Ağayev çıxış edərək milli-mənəvi dəyərlərin tarixindən və onun qorunub saxlanmasından söz açıb. Sonda "Doğru Yol" Milli-Mənəvi Dəyərlərin Təbliği İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çəkilən  sosial "Bizim dəyərlər" adlı sosial çarx təqdim olunub. Sonda mövzu ətrafında müzakirələr aparılıb.