Dövlət proqramının yerinə yetirlməsində mərhələ

2020-ci ilin 27 sentyabrı Vətən müharibəsinin başlandığı gün kimi tarixləşdi. Azərbaycan Ordusunun hissələri düşmənin hücuminun qarşısını qətiyyətlə aldı, Azərbaycan Respublika¬sı¬nın Preidenti Cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi, Vətən mü¬haribəsi başladı. Yüksək döyüş əzminə, qələbə ruhuna malik olan ordumuz düşmənin müdafiə şəbəəkəsini darmadağın etdi, mövqe qələbələri qazandı. Bu qələbələr Bö¬yük Qələ¬bə¬nin baş¬lan¬ğıcı idi.

Dünya ictimaiyyəti də, Azərbaycan ictimaiyyəti də Azərbaycan Respublikasının Pre¬zi¬denti Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərini Zəfərdən sonra Azər¬baycanın daxili siyasətinin istiqamətlərinin, quruculuq işlərinin şəbəkəsinin göstəricisi bilir. Öl¬kə başçısının Kəlbəcərə səfərində Zəngəzurla bağlı dediyi fikirlər Vətən müharibəsində qa¬za¬nılan Zəfərin qüdrəti ilə həmahəng idi...

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Suqovuşan qəsəbəsinə sə¬fəri həm Vətən müharibəsində qazanılan Zəfərin coğrafiyasının qürurunu vətəndaşlara bir daha yaşatmaqdır, həm Vətən müharibəsində şəhid olanlara ehtiramın təzahürüdür, həm də Azər¬bay¬can dövlətçiliyinin dönməzliyinin tarixi təsdiqidir.

Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi Vətən müharibəsində mühüm bir mər¬hə¬¬lə kimi tarixləşdi. Suqovuşan mühüm strateji əhəmiyyətə malik olan yaşayış məntəqəsi idi və onun azad edilməsi Azərbaycan Ordusunun qələbə ruhunu daha da yüksəldəcəkdi, düşmənin döyüş əzminə ağır zərbə olacaqdı. Suqovuşan uğrunda döyüşlər ümumən Vətən müharibəsində dö¬yüş¬lərin ruhunu müəyyənləşdirdi. Azərbaycan əsgəri bu ruhu qələbə ilə tamamladı.

2016-cı ilin Aprel döyüşlərində Talış kəndi uğrunda ağır döyüşlər getmişdi. Son olaraq kəndə ikili nəzarət yaranmışdı.

Vətən müharibəsində Talış kəndi uğrunda ağır döyüşlər getdi. Bu istiqamətdə düşmən ciddi müdafiə sədləri qurmuşdu. Vətənpərvərlik belə sədləri dağıtmağa da qadirdir, bu sədlərə sığınanları məhv etməyə də. Döyüşlər ağır olsa da Azərbycan Ordusu mövqe qələbəsi qa¬zan¬dı, Talış kəndi də, Suqovuşan qəsəbəsi də işğaldan azad edildi.

Vətən müahribəsində hər qələbə ümumi, son qələbəyə xidmət edir, yəni mövqe qələ¬bə¬si son döyüşün bir mərhələsi olur. Talış kəndinin, Suqovuşan qəsəbəsinin işğaldan azad edil¬məsi Vətən mharibəsində ordumuz üçün müəyyən üstünlüklər yaratdı. Bu, Ordumuzun fə¬da¬karlı¬ğı¬ının, döyüşçülərin qəhrəmanlığının nəticəsi idi.

Suqovuşan istiqamətində düşmənin xeyli canlı qüvvəsi məhv edildi. Bu itki düşmənin or¬du¬¬sunun döyüş əzmini titrətdi, düşmən necə güclü, qüvvətli, yüksək döyüş hazırlığına malik olan bir ordu ilə döyüşdüyünü dərk etdi, hiss etdi ki, gələcək döyüşlərdə nəticə etibarilə mü¬ha¬ri¬bədə ağır məğlubiyyətə məruz qalacaqdır.

Suqovuşan həm strateji hərbi əhəmiyyətə malik yaşayış məntəqəsi idi, həm də mühüm coğrafi əhəmiyyəti vardı. Burda ətraf sahələrin əkilib-becərilməsi üçün lazım olan suvarma sistemi məhz Suqovuşan su anbarı vasitəsilə həyata keçirilirdi. İşğaldan sonra bu imkan ciddi şəkildə zəifləmişdi. Vətən müharibsində qazanılan qələbə bu imkanı yenidən qanuni istifadə¬çi¬sinə qaytardı. Suqovuşan su anbarından Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlar da istifadə edəcəkdir ki, bu da Azərbaycanın iqtisadiyyatı üçün mühüm inkişafın bir çaları ola¬caq¬dır.

Vətən müharibəsinin ilk həftəsində, konkret olaraq oktyabrın 3-dən Ermənistan ordusu məğlubiyyətin uzaqda olmadığını dərk edirdi. Bu dərk onu qorxu, vahimə içində saxlayırdı. Er¬mənistan ordusunda ilk fərarilik meyilləri, az sonra fərarilik axını həmin gündən başladı. Döyüş müddətində düşmənin on minlərlə hərbi qulluqçusu döyüşdən yayındı, qaçdı, gizləndi. Ancaq Ermənistanın inforamsiya şəbəkəsi bu faktları ictimaiyyətdən gizlətmək məqsədi ilə yalan informasiyalar yayır, döyüşlər haqqında dezinformasiyalar verirdi. Gerçəkliyi gizlətmək üçün işağldan azad edilmiş yaşayış mıntəqələrini döyüşlər gedən yaşayış məntəqələri kimi təqdim edirdi. Belə informasiyalar yayıldığı ərəfədə çaşqınlıq yaratsa da az sonra reallıq yalan¬la¬ra inananları da gerçəkliyə inandırırdı. Yəni Ermənistanın siyasi və hərbi rəhbərliyi həm öz ordusunun şəxsi heyətini, həm də əhalini sabahı olmayan yalanlarla ovundurmağa çalışırdı.

Ermənistan Suqovuşan su anbarını da erməniliyə vasitə etmişdi, yəni yay mövsümündə suyu kəsir, qışda suyu açırdı. Hər iki fəsildə Azərbaycanda aqrar terror yaradırdı. Avropa Şu¬ra¬sı Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təq¬dim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edil¬miş¬di və bu, Azər¬bay-canın böyük uğuru olmuşdu...

1974-cü ildən 1991-ci ilədək Azərbaycanın 100 min hektarlarla sahəsi burdan suvarılırdı, həmin sahələr 30 il idi ki, erməniliyə görə susuz qalmışdı. Bu iqtisadi terrora da son qoyuldu.

İşğaldan azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında möv¬cud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret işlər görülür, çox ciddi proqramlar icra edilməkdədir.

Sovetlər dönəmində su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən tərəfindən bu stansiyalar da dağıdılmışdı. Zəəfərdən sonra bu dağııntı da bərpa edilmişdir.

Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsindən sonra “Suqovuşan-1”, “Suqo¬vu¬şan-2” su elektrik stansiyalarının bərpası başa çatmışdır, stansiyalar istismara verilmişdir. Bu stansiyalar bölgəni elektrik enerjisi ilə təmin edəcəkdir.

Azərbaycan Respublukasının Prezidenti Cənab İlham Əliyevin Suqovuşana səfəri Və¬tən müharibəsi iştirakçılarına, şəhidlərə böyük ehtiramın nəticəsidir, Azərbaycan iqtisadiy¬ya¬tı¬nın dinamizminin daha da yüksəldilməsi istiqamətində dövlət proqramlarının yerinə yeti¬rilmə¬sində müəyyən bir mərhələdir.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı