DSX-nin əsgəri özünü GÜLLƏLƏDİ

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Sabahinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.