Dünyada koronavirusa yoluxma sayı 165 milyonu keçdi

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 165 milyon 575 min 58 nəfərə çatıb.

Sabahinfo.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 432 min nəfərdir. İndiyədək 144 milyon 624 min 673 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 802 324 nəfər virusa yoluxub, 601 949 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 25 772 440 nəfərdə virus aşkar edilib. Xəstələrdən 287 156 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 15 815 191 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 441 864 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 917 397 yoluxma, 108 181 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 151 038 nəfər virusa yoluxub ki, onlardan 45 419-u dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.