"Əhalinin hər bir üzvünə 100 manat verilsin" - Tahir Kərimli

Milli Məclisin bu gün keçirilən iclasında əhalinin hər bir üzvünə birdəfəlik 100 manat verilməsi təklif olunub.

Sabahinfo.az xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Tahir Kərimli çıxış edib.

O bildirib ki, Dövlət Neft Fondunda yetərincə vəsait var.  Deputat qeyd edib ki, Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var:

"Azərbaycanda olan 2 milyon 200 minə yaxın ailə var. Hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulsun. Bu da onlara kommunal ödənişləri ödəməyinə kömək etsin. Hesab edirəm ki, bu Neft Fondu üçün böyük məbləğ olmaz”.