"Elə qurumlar da var ki, müraciətləri az qala sürücüsü adından imzalatdırıb göndərir"

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi sorğularımıza operativ və əksər hallarda müsbət cavab verən dövlət qurumları arasındadır. Mən bunu yüksək qiymətləndirirəm". Bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib. Onun sözlərinə görə,  elə qurumlar da var ki, ya tükü tərpənmir, ya da şablon cavabları şöbə müdirinin müavininin köməkçisinın az qala sürücüsü adından imzalatdırıb göndərir. Mən də onu ayaqlarımın yanında dayanan, stolun altında olan zibil vedrəsinə atıram. Amma, məsələ bununla bitmir.

Bu günə qədər bütün haqlı müraciətlər müsbət həllini tapıb. Bir neçəsini paylaşıram. Müharibədə medal və ordenlər ala bilməyən məktub müəlliflərinin əksəriyyətinə müsbət cavab verilir və o döyüşçü əsgər və zabitlər təltif ediləcəklər. Ümumilikdə 30-dan çox əsgər və zabitin müraciəti müsbət həll edilib.