Əlilliyi olan şəxslər sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 33 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Yollayışla təmin olunanlar arasında 18 yaşınadək əlilliyi olan şəxslər də var. Onlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Vətəndaşlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər.

Sosial Xidmətlər Agentliyi tərəfindən ötən il ərzində 3200 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Onlardan 550-si şəhid ailələrinin üzvləridir.