Elin gərəkli oğlu

Tomar Turab oğlu Şahmarov 1951-ci ilin iyul ayında Lerik rayonunun Züzüç kəndində dünyaya göz açıb. İlk təhsilini doğolub boya-başa çatdığı Zürüç kəndində alıb. Sonradan bu kənddə orta məktəb olmadığından 1968-ci ildə Yardımlı rayonunun mərkəzində təhsilini başa vurmalı olub. Bir il istehsalatda çalışdıqdan sonra qərara alıb ki, həkim olacaq.

Tomar Şahmarovun atası Turab kişi elin sayılıb-seçilən ağsaqqallarından olub. Xeyirdə-şərdə tanınıb, elin gərəkçisi olub. Lakin o ürəyində problem olduğundan tez-tez xəstələnərmiş. Ailə məcburiyyət qarşısında qalaraq uzaq məsafədən evə həkim çağırar, onu müalicə etdirərdilər. Elə bu səbəbdən də onun oğlu Tomar həkim olmaq qərarı ilə öz üzərində işləməyə başlayır. Kitablardan ayrılmır. Meylini elmi, təhsilə yönəldir. Çoxlu yuxusuz gecələr keçirməli olur. Gərgin zəhməti sayəsində 1969-cu ildə Azərbaycan Dövlət Tibb Universitetində qəbul imtahanlarına qatılır. İmtahanlardan müvəffəqiyyətlə keçir, tələbə adına layiq görülür. Bu işdə ona əmisi Əliqulu müəllim yaxından yardımçı olur.

Gənc tələbə günlərini boş keçirmiş. Tibb Universitetində oxuya-oxuya müxtəlif xəstəxalarda işləyir. Bu, onun peşəsinə olan məhəbətindən irəli gəlirdi. Ömrünü-gününü yaxşı həkim olmaq üçün şam kimi əridirdi. Daha dəqiq desək, o, buna hər an, hər dəqiqə hazır idi.

İllər keçdikcə onun təcrübəsi də artır. Artıq ali təhsil həyatı da başa çatmaq üzrə idi. O, təhsilini başa vurduqdan sonra doğma diyara, Lerikə təyinat alır. İlk öncə Lerik Rayon Mərkəzi Xəstəxasında həkim, sonradan isə Osyodərə Həkim məntəqəsinə baş həkim təyin olunur. 1991-ci ildən isə Züvüç kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışır.

Elin gərəkli oğlu ailəlidir, 4 övladı var. Hamının yanında böyük hörməti var.

İlham İbadov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Yazını təqdim etdi Elnarə Həziyeva