Əməkdaşlıq memorandumu imzalandı

Bu gün Odlar Yurdu Universiteti ilə “CodersEdu” MMC arasında İT sahəsində əməkdaşlığı genişləndirən memorandumun imzalanmasında iştirak etdim. Sənəd tələbələrin rəqəmsal bacarıqlarının artırılması, startap təşəbbüslərinin dəstəklənməsi və karyera imkanlarının genişləndirilməsinə yönəlib. Bu əməkdaşlıq gənclərin texnologiya sektoruna inteqrasiyasına yeni imkanlar açacaq.

Samir Vəliyev,

Odlar Yurdu Universitetinin prorektoru