Əminə Ağazadənin şəhid ailələrinə ziyarət edib

Şəhid Yunusov Murad Bayram oğlu Kürdəmir rayonunun Şahsevən kəndində dünyaya göz açıb, uşaqlığından zəhmətlə böyüyüb, qohum-qonşunun sevimlisi olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib, Qubadlının, Zəngilanin, Cəbrayılın, Xocavəndin azad edilməsində şücaət göstərib. Xocavənd rayonu uğrunda döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.

Zəfər Günü ərəfəsində Millət vəkili Əminə Ağazadə şəhid Murad Yunusovun ailəsini ziyarət edib. Şəhidin valideyinləri ilə görüşdə onun əziz xatirəsi ehtiramla yad edilib, ailəsinin problemləri dinlənilib.