Erməni diasporunun kölələri

"Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri Çingiz Bayramov Fransa Senatının Azərbaycanla bağlı qərəzli qətnaməsinə münasibəti: "Fransanın 15 noyabr 2022 - ci il tarixində Azərbaycana qarşı sanksiyanın tətbiq edilməsi əslində erməni- fransız xalqlarının Azərbaycan və ümumən Türk toplumuna qarşı ortaq irsi xəstəliyinin təzahürüdür. İmkan tapdıqca mənfi xislətlərini göstərirlər. Erməni mifinin fransız xalqı üzərində təsiri danılmazdır. Bu eyni zamanda Fransanın avropanın mərkəzindən, mədəniyyət beşiyi olmasından, ən əsası Centilmen davranışından tamamən uzaqdır. Humanizmin Fransada təşəkkül tapması üçün mütləq xalqın seçkilərdə milli təfəkkürlü və bəşəri dəyərlərə önəm verən siyasiləri dəstəkləmələri vacibdir. Əks halda erməni diasporunun köləsi olmaqda və "işçi" statusu daşımaqda davam edəcəklər".

SABAHİNFO.AZ