"Ermənistan Qarabağı Rusiyanın üzərinə atıb" - Rusiya Dumasının üzvü

Rusiya parlamentinin veteran siyasətçisi bildirir ki, Qərblə əlaqələrini yaxşılaşdıran Ermənistan "Qarabağ problemini" Rusiyanın üzərinə atıb. Konstantin Zatulinin bu müsahibəsi "Arqumentı i Faktı" qəzetinin saytında Ermənistana avropalı müşahidəçilərin gəlməsindən sonra dərc olunub.
Moskva uzun illər regionda hərbi qüvvə ilə təmsil olunan yeganə vasitəçi idi və o, Qərbin fəallığına tənqidi yanaşır. Keçmiş SSRİ respublikaları ilə əlaqələrə cavabdeh Duma komitəsinin sədr müavininin dedikləri məhz belə bir şəraitdə səslənir.