Ermənistanın cəzasızlığına son qoyulmalıdır -XİN

Müharibə cinayətləri törətmiş Ermənistanın cəzasızlığına son qoyulmalıdır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın Bərdə şəhərinə raket hücumunun ikinci ildönümü ilə əlaqədar bəyanatında deyilir.

"İki il əvvəl, oktyabrın 27-dən 28-ə keçən gecə Ermənistan atəşkəs rejimini pozaraq Bərdəni kasetli bombalarla atəşə tutub. Bu, ikinci Qarabağ müharibəsi dövründə mülkiyə əhaliyə qarşı ən ölümcül hücum olub. Hücum nəticəsində 27 nəfər, o cümlədən 2 yaşlı qız həlak olub, 70-dən çox şəxs yaralanıb. Müharibə cinayətləri törətmiş Ermənistanın cəzasızlığına son qoyulmalıdır", - bəyanatda deyilir.