"Nanəni 50 kişinin arasından çıxartdım" - Tolikdən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Tarix Əliyev (Tolik)"Hər şey daxil"də aparıcı həmkarı Nanə Ağamalıyeva barəsində maraqlı bir etiraf edib.

Milli.Az xəbər verir ki, Tolik Nanənin də onunla yollandığı bir səfərini efirdə xatırladıb.

Aparıcı qadın həmkarını dava düşən bir məclisdən necə çıxartdığını danışıb:

"Rəvan Qarayev, Aygün Kazımova, Rəvan, Nanə və mən bir dəfə bir ölkəyə məclisə getmişdik. "Ay qonşu" Nanə, indi bəyənmir məni. Amma 50 kişinin arasından çıxartdım onu, dal qapıdan. Qırğın düşmüşdü".