Küçədə 72 yaşlı qadının meyiti tapıldı - Heyvanlar xəsarət yetirib

Xəzər rayonu, Buzovna qəsəbəsində qadın meyiti tapılıb.

Oxu.Azxəbər verir ki, noyabrın 20-si, saat 18:00 radələrində M.Əliyev küçəsində üzərində xəsarətlər olan qadın meyiti tapılıb.

Araşdırma zamanı məlum olub ki, qadın bir neçə gün əvvəl evdə yıxılaraq ölüb və heyvanlar tərəfindən cəsədə xəsarət yetirilib.

Cəsədin 1947-ci il təvəllüdlü Şəfiqə Məmmədhəsən qızı Əsədovaya aid olduğu bildirilib.