"İstənilən dövlətin uğurlu inkişafı üçün xalq-iqtidar birliyi çox önəmlidir" - Jalə Əhmədova

Milli Məclisin deputatı Jalə xanım Əhmədova İlhamla Mehribanla Azərbaycan Naminə səhifəmizə özəl yazı verib. Səhifəmizə verdiyi dəyərə görə Jalə xanıma təşəkkür edirik.

"XALQ İQTİDAR BİRLİYİ ÇOX ÖNƏMLİDİR"

İstənilən dövlətin uğurlu inkişafı üçün xalq-iqtidar birliyi çox önəmlidir. Azərbaycan bu mənada da nümunəvi ölkələrdəndir. Xalq öz Prezidentini və onun dövlətin naminə qəbul etdiyi haqlı qərarları dəstəkləyir. Bunun ən gözəl sübutu düşmənin sərhədin Tovuz istiqamətində törətdiyi xain təxribata cavab olaraq, ordumuzu və Ali Baş Komandanımızı dəstəkləmək üçün Bakı şəhərində keçirilən Dəstək Yürüyüşüdür.

Çox təəssüflər olsun ki, bir qrup öz içimizdə olan xain şəxslər bu qürurverici yürüyüş zamanı təxribata əl atmışlar. Təxribatçılar öz layiqli cəzalarını almış və xalqın inamını, əzmini və həvəsini qıra bilməmişlər. Düşməni məhv etmək üçün biz dövlət başçımızın ətrafında toplaşmalı və dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq yumruq kimi bir olmalıyıq. Soydaşlarımız tərəfindən dünyanın 25-ə yaxın şəhərində keçirilmiş etiraz aksiyaları bütün dünyaya birdaha göstərdiki Azərbaycan öz haqlı mövqeyini hər zaman sonuna qədər qoruyacaqdır və Ermənistan işğal etdiyi torpaqlardan dərhal çıxarılmalıdır.

Həmçininpandemiyanın yaratdığı bütün çətinliklərə baxmayaraq dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadi baxımdan ən az zərar görmüş ölkələr siyahısına daxil olmuşdur. Yoluxmaların və sağalanlarında statistikasına nəzər yetirdikdə eyni mənzərəyə şahid oluruq. Bu qələbədə xalqında öz əvəzolunmaz rolu var. Cənab Prezidentin tapşırığı ilə hər bir vətəndaş özünün və yaxınlarının sağlamlığını təmin etmək üçün Operativ Qərargahın qəbul etdiyi operativ qərarlara tabe olurlar və buda öz bəhrəsini təbii ki göstərir.

Daxili və xarici problemlərin ölkə üçün uğurlu həllinin yeganə formulası var, oda xalq-iqtidar birliyidir. Biz hər zaman sizin yanınızdayıq Cənab Prezident!