Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasındazəhərlənmənin təfərrüatıbəlli olub.
Oxu.Azxəbər verir ki, zəhərlənmə halı ötən gün,axşam saatlarında müşahidə edilib.
Qızların halı pisləşdiyindən təcili tibbi yardım çağırılıb və onlaraiynə vurulub.Həkimlər qızları xəstəxanaya aparmaq istəsə də, tələbələr bundan imtina edib. Müalicə ambulator şəraitdə davam etdirilib
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı universitetin fizika fakültəsində təhsil alıb.
Zəhərlənənlər Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.