Hadi Rəcəbli koronavirusa yoluxub?

Milli Məclisin keçmiş deputatı, Parlamentin Əmək və sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəblinin koronovirusa yoluxması barədə xəbərlər yayılıb. Belə ki, Lənkəran şəhər sakinlərinin sosial şəbəkədə qeyd etdiyinə görə, bir neçə gün əvvəl Hadi Rəcəblinin səhhəti qəfil pisləşərək xəstəxanaya yerləşdirilib, ona koronovirusa yoluxma diaqnozu qoyulub. Modern.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə isə sabiq deputat haqqında yazılanlar tamamilə yalandır. Hadı Rəcəblinin koronavirusa yoluxması xəbəri düzgün deyil və hazırda onun səhhətində heç bir problem yoxdur. 

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə saytımıza açıqlamasında qeyd edilən məlumatları nə təsdiq, nə də təkzib edib: "Mən dəfələrlə qeyd etmişəm ki, koronavirusa yoluxub, yoluxmadığı barədə heç kimin şəxsi məlumatları paylaşılmır. Hadı müəllimlə bağlı da məndə məlumat yoxdur. Biz belə məsələləri ümumiyyətlə araşdırmırıq. Xəstədirsə, müalicəsini alacaq, deyilsə, şayiə yayılıb. Bu mövzunu araşdırmadığımıza görə, yazılan məlumatları nə təsdiq, nə təkzib edirik”.