Mətbuat Gününüz mübarək

Mətbuat. Hər bir xalqın həyatında önəmli yer tutan, cəmiyyətin inkişafını, tolerantlığını və milli-mənəvi dəyərlərin qorunmasında, dövlətçiliyin yaşamasında mühüm yeri olan bir vasitədir. Cəmiyyət-mətbuat vəhdəd təşkil edir. Bunun da bir neçə səbəbləri var. Əsas səbəb ondan ibarətdir ki, mətbuatın bir nömrəli missiyası cəmiyyəti doğru-dürüst, qərəzsiz məlumatlarla vətəndaşları maarifləndirsin. Bu maarifləndirmə elə peşəkar səviyyədə həyata keçirilməlidir ki, nəticə etibarilə həm cəmiyyət həm də vətəndaş prosesdən yaralı çıxsın. Son Tovuz hadisələri də bunu bir daha sübut etdi ki, 145 illiyini qeyd etdiyimiz Azərbaycan Mətbuatı bu yöndə kifayət qədər təcrübəyə malikdir. Eyni zamanda bu uzun yolda mətbuat durmadan inkişaf edib. Təsadüfi deyil ki, Azərbaycanda söz və mətbuat azadlığının qorunması istiqamətində davamlı addımlar atılır. 
Cənab Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə KİV-lə bağlı inkişaf konsepsiyası hazırlanıb. Bu konsepsiyayay Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaranması, jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı davamlı addımların atılması nəzərdə tutulmuşdur ki, aradan keçən 15 ildən artıq müddətdə bu istiqamətdə dünyada analoqu olmayan addımlar atılıb. Fondun yaradılması ilə qəzet redaksiyalarının iş qabiliyyəti müasir standartlara cavab verəcək səviyyədə qurulub. Eyni zamanda jurnalistlərin mənzil probleminin həlli ilə bağlı mühüm işlər görülüb. Artıq iki hündürmərtəbəli bina tikilib istifadəyə verilib. 3-cü binanın da açılışı yaxın günlərdə həyata keçiriləcək. Bütün bunların fonunda onu demək olar ki, Azərbaycan mətbuatının səngərində olan bütün əsgərləri gələcəyə xoş bir ümidlə baxır. Bu ümid onların qələmindən çıxan məqalələrin cəmiyyətimizin inkişafında oynadığı mühüm roldan keçir. Bu ümiddə Qarabağ qələbəsi, bu ümiddə Azərbaycanın parlaq gələcəyi var. Biz də öz növbəmizdə Azərbaycan cəmiyyətinin inkişafında misilsiz rolu olan jurnalistləri səmimi qəlbdən təbrik edir, onlara yaradıcılığında uğurlar arzu edirik.

Ayşən Fəxrəddinqızı
İlhamla Mehribanla Azərbaycan Naminə "İMAN"