Millət vəkili Xızıda şəhid ailələri ilə görüşüb

Milli Məclisin deputatı müşfiq Məmmədli Xızı rayonunda 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidləri Allahverdiyev Vidadi Fazil oğlu, Qasımov Xaspolad Fikrət oğlu, Məcidov Rafiq Rasim oğlu, Ağaəhmədov Elnur Fəxrəddin oğlu, Cəfərov Elməddin Hümbət oğlu, İsayev Alik Şakir oğlu, Əliyev Kərim Qeyrətxan oğlu, Verdiyev Natiq Əlmurad oğlu, qazimiz Baxışızadə Kamran Taryel oğlu, 2016-cı il aprel döyüşləri şəhidi Ravil Novruzovun ailələrinə baş çəkib. 
Görüşdə Vətən müharibəsində qazanılmış Qələbədə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, qazilərin, şəhidlərin rəşadətindən, müasir tariximizin şanlı qəhrəmanlığından söhbət açdıq. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını bir daha vurğuladıq. Şəhid ailələri öz növbəsində bu qələbənin Azərbaycanın tarixində qızıl hərflərlə yazıldığını, bu tarixin bir parçası olan qəhrəman övladların valideynləri olduqları ilə qürur duyduqlarını söylədilər. Cənab Prezidentin şəhidlərimizə verdiyi qiyməti, onlara olan ehtiramının böyük mənəvi dəstək olduğunu bildirdilər.
Qeyd edək görüşdə həmçinin Qafqaz müsəlmanları ruhani idarəsinin Sumqayıt, Abşeron , Xızı bölgəsi üzrə təmsilçisi, Sumqayıt Cümə məscidinin imamı Rauf Sərdarov da iştirak etmişdir.