Zəhərlənmələrin qarşısını necə ala bilərik?

Yay fəsilində qida təhlükəsizliyi önəmli məsələlərdən biridir. Havaların isti, qida çeşidlərinin çox olması insan orqanizminə ciddi təhlükə yaradır. Bu da sonda zəhərlənmələrə gətirib çıxardır. Statistika göstərir ki, ən çox zəhərlənmə yay fəsilində baş verir. Bununda müxtəlif səbəbləri var. Bura qidaların düzgün saxlanılmaması, istehlak vaxtının keçməsi və topdan satış mərkəzlərinin bu məsələyə barmaq arası baxmasından irəli gəlir. Düzdür. Son zamanlar  dövlət tərəfindən davamlı addımlar atılır Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi monitorinq aparır, bu yöndə  səhlənkarlıq edənlər cəzalandırılır. Ekspertlər isə zəhərlənmələrlə bağlı istesalçı şirkətləri günahlandırırlar. Qeyd olunur ki, şirkətlər məsul istehsalına ciddi nəzarət etmilər, daha çox gəlir əldə etmək üçün istesal prosesində neqativ hallara əl atılar. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, istesalçı şirkətlə topdan satış mərkəzləri arasında gizli sövdələşmə gedir. Bununda acı nəticəsini istelahçı ödəyir. Bu kimi halların qarşısını almaqdan ötrü vətəndaş cəmiyyəti institutları və media davamlı iş aparır. Yenədə son iş vətəndaşın özünə qalır. Hər kəs öz  sağlamlığına biganə qalmamalı, aldığı məsulun istehlak tarixinə baxmaqla yekunlaşmamalıdır. Bu məsələdə əsas diqqəti malın hansı ölkəyə aid olması, istesalçı şirkət haqqında məlumatla yaxından tanış olmalı, şirkəti ciddi araşdırmalıdır. Eyni zamanda malın tərkibinə diqqət yetirilməlidir. Əgər məsulda hər hansı bir problem aşkar etmisinisə dərhal aidiyatı qurumlara məlumat verilməlidir.

Həziyeva Elnarə