"Sevgilisinə mobil telefon alır..." - qan donduran "intihar hadisəsi"

Adanada uşaqlarının gözü qarşısında özünü körpüdən atan qadına həyat yoldaşının xəyanət etdiyi məlum olub.
sabahinfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, iki uşaqları olan evli cütlük arasındakı soyuq münasibətlər qadının intihar etməsinə gətirib çıxarıb.
Belə ki, həyat yoldaşının ona xəyanət etdiyini öyrənən qadın ərindən bu ilişkini bitirməsini tələb edib. O, hər nə etsə də, ərini sevgilisindən ayıra bilmədiyini görüb bu yola üz tutub. Uşaqlarını da götürüb evdən gedib və onların gözü qarşısında özünün körpüdən atmağa cəhd edib. Vətəndaşların səyi nəticəsində xilas olunan qadın ölmək istədiyini deyib:
"Həyat yoldaşım məni aldadır. Onun sayəsində döş xərçənginə tutulmuşam. 2 ildir ki, sevgilisi ilə görüşür. Xəyanətini boynuna qoya bilmirəm, bütün şəkillərini ələ keçirmişəm. Özümü atıram ki, xəyanət edən kişilərə dərs olsun. Mənim günahım nədir axı? Neçə dəfə dedim, istəmirsəsə boşanaq. Nə edə bilərəm axı? Analar günündə sevgilisinə mobil telefon aldı, mənə isə tozsoran. Nə sevgisi var, nə də şəfqəti. 8 ildir ki, pis şəraiti olan evdə yaşayıram. Zülm verməyin qadınlarınıza, boşanın bitsin".
"Sevgilisinə mobil telefon alır..." - qan donduran "intihar hadisəsi"