İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 174 kv.m olan birmərtəbəli 8 otaqlı evin 3 otağının tavanı 48 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.