Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyona yaxınlaşır

Cari ilin avqust ayı ərzində "Azəriqaz” İB-də əhali sektoru üzrə 15 695 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 341-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12 354-ü isə regionların payına düşüb.

 

SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 945 123-ə çatıb.

 

Onu da qeyd edək ki, 1 sentyabr 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 131 522 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub.

 

Bundan əlavə, 369 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.