Ermənistan polisinin əməkdaşı bədbəxt hadisənin qurbanı olub. sabahinfo.az Ermənistan mediasına istinadən bildirir ki, İstintaq Komitəsindən verilən məlumata görə, insident iyunun 18-də Sisiyanda baş verib.
İlkin məlumata görə, Dövlət Mühafizə Xidmətinin Sisiyan şöbəsinin 45 yaşlı atıcısı tabel silahı ilə təhlükəsiz davranması nəticəsində ölüb. Hadisənin daha ətraflı araşdırılması üçün istintaq tədbirləri davam etdirilir.