Kürdəmirdə yük avtomobili yanıb

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Qarabucaq kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili, qoşqunun 4 ədəd təkəri və qoşquya yığılmış 12 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 21:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.