Masallı rayonunda 1 nəfər çaya düşüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Kosakür kəndində qeydə alınıb.
Ərkivan qəsəbə sakini, 1957-ci il təvəllüdlü Abbasov Etibar Abbas oğlu ehtiyatsızlıqdan çaya düşüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və E.Abbasovun axtarışlarına başlanılıb.