Moldovanın baş naziri həbs edildi

Moldovanın keçmiş baş naziri Vladimir Filat korrupsiyada ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.

sabahinfo.az RiaNovosti agentliyinə istinadən xəbər verir ki, məhkəmə keçmiş baş naziri 3 min dollar məbləğində cərimə edib və onun qanunsuz əldə edilmiş əmlakını və avtomobillərini müsadirə edib.

Hökm barəsində apelyasiya şikayəti verilə bilər.

Vladimir Filat 2015-ci ildə ölkənin bank sistemindən 1 milyard dollar vəsaiti çıxartmaqda şübhəli bilinərək həbs edilib.

Keçmiş nazir bu ittihamları rədd edir.