Qazaxlar “Facebook” və “WhatsApp”a qəribə ad qoyublar

Smartfon və "WhatsApp” sözlərinin qazax dilinə tərcüməsi sosial şəbəkə istifadəçilərinin böyük hissəsini yaxşı mənada gülüş hissinə qərq edib.

sabahinfo.az  lent.az-a istinadən xəbər verir ki, bu sözlərin tərcümə edilməsini Qazaxıstan Mədəniyyət Nazirliyinin rəhbəri Arıstanbek Muxammediul təklif edib.
Bundan sonra da istifadəçilər bu məsələdə ona kömək etmək istəyiblər. Fima İvanova adlı istifadəçi özünün şəxsi "Facebook” səhifəsində ingilis dilli sözlərə alternativ olan sözlərin şəkillərini dərc edib. Misal üçün, qazaxıstanlı vətənpərvərlər "Facebook”un "Betkitap”, "Windows”u isə "Terezeler” adlandırmağı təklif ediblər. Bu variantlar istifadəçilər arasında sözün əsl mənasında gülüş və məsxərə yaradıb.
Onlar "WhatsApp”ı "Kalaysın”, "Google”u "Kepteqeeeeen”, əfsanəvi "Playboy”u "Juqermek”, "Microsoft” korporasiyasını isə "Kişkentay jumsak” və digər sözlərlə adlandırmaq niyyətində olublar.