Sabunçu rayonunda yanğın hadisəsi qeydə alınıb.
Sabahinfo.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonunda sahibi məlum olmayan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.