Silahlı Qüvvələrdə 20 Yanvar şəhidləri yad edilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq hüzn günü ilə əlaqədar tədbirlər təşkil olunub.

 

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanaraq ümummilli lider Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasət haqqında məlumatlar verilib.

 

Anma tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki xiyabanlar ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.