Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Yenikənd su anbarında 1 nəfər balıqçının batması barədə məlumat daxil olub.
Sabahinfo.az FHN-ə istinadən bildirir ki, Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar və vətəndaşın axtarışlarına başlanılıb.