Tərtərdə 24 yaşlı qız avtomobillə vurulub

Tərtərdə piyadanı avtomobil vurub.

 

Sabahinfo.az-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Tərtər rayonunun dördyol adlanan ərazisində qeydə alınıb. Goranboy rayon sakini, 1992-ci il Hüseynova Dinarə Əsgərxan qızı yolu keçərkən "VAZ 2106" markalı, 02 BC 806 dövlət nömrə-nişanlı maşınla vurulub. Sürücü D. Hüseynovanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

 

Xəstəxanadan APA-ya bildirilib ki, D. Hüseynova diz və bel nahiyəsindən xəsarət alıb, həyatına təhlükə yoxdur.

 

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.