"Formula 1"-ə görə yolun bu hissəsi BAĞLANIR

19 may saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Sabahinfo.az-a verilən məlumata görə, bu, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədardır.

Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.