Fransada böhran

Fransada böhran başlayıb. Ancaq bu böhran siyasi arenada deyil səhiyyədə ayaq açıb. SABAHİNFO.AZ xəbər veruir ki, o boyda inkişaf eləmiş Fransada  2 yaşa qədər uşaqlarda bronxiolit hallarının sürətlə artması ilə mübarizə üçün pediatriya xidmətləri yetərli deyil.

Məlumatlara görə, İl-de-Frans bölgəsindəki xəstəxanaların pediatriya klinikalarında işçi və çarpayı çatışmazlığı səbəbindən 30-dan çox uşaq başqa bölgələrə köçürülüb.

Onu da bildirək ki, Makrona açıq məktubla müraciət edən səhiyyə işçiləri hələ də məktublarına cavab ala bilmirlər. 

Ədil Ədilzadə 
SABAHİNFO.AZ