Füzuli regionun inkişafına mühüm töhfə verəcək

Füzuli şəhərlərinin düşməndən azad olunmasının növbəti ilini qeyd edirik. 44 günlük Vətən müharibəsinin önəmli qələbələrindən olan Füzuli rayonunda düşmən istehkamları, səngər və maddi texniki bazasını yerləşdirmişdi. Bu rayonun işğaldan azad edilməsi düşmənə vurulan sarsıdıcı zərbə idi. Füzuli rayonunu işğaldan azad etməklə bir sıra strateji üstünlüklərə malik olan Ordumuz digər rayonları da qısa zamanda işladan azad etdi. Füzuli uğrunda gedən döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Təbii ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi də məhz Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanın iradəsidir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalını təsis edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusunu təltif etmişdir.
Füzulidə düşmən tərəfindən həyata keçirilmiş vandal siyasət nəticəsində infrastruktura ciddi ziyan dəyib. Vurulan ziyanın məbləğinin hesablanması istiqamətində iş aparılır və bu məbləğ olduqca yüksəkdir. Müzəffər Ordumuz tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 30 ildən artıq düşmən tapdağında qalan Füzulidə həyat dəyişir. Daxili imkanlar hesabına həyata keçirilən layihələr hər iki şəhərin simasının dəyişməsinə, bir zamanlar səngər, dağınıqlar həyata keçirilərək viranə qoyulan şəhərlərimizn sakinlərinin qısa zamanda öz doğma yurd-yuvalarına qayıtmasına gətirib çıxaracaq.

Post müharibə dövrü olmasına baxmayaraq düşmənin təxribatları hələ də davam edir. Bu da ondan qaynaqlanır ki, rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımır. Buna görə, beynəlxalq hüquqi təşkilatlar düşmənə qarşı tədbirlər həyata keçirməlidir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuli və Zəngilana səfərləri bu rayonların inkişafı ilə bağlı imzaladığı sərəncamlar Füzuli və Zəngilanla yanaşı işğaldan azad olunan digər ərazilərində inkişafını sürətləndirəcək.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı