“Gənc təhsil tədqiqatçıları” layihəsi uğurla başa çatıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyinin təşkilatçılığı ilə “Gənc təhsil tədqiqatçıları” layihəsi uğurla başa çatmışdır.

Layihə çərçivəsində iştirakçılar qeyri-formal təlim metodologiyalarından istifadə etməklə müasir tədqiqat alətləri vasitəsilə tədqiqat işinin aparılmasını öyrəniblər. Layihənin təlimçisi və mentoru olan peşəkar təlimçi, eləcə də “Forest School Azerbaijan”-nın təsisçisi Fəqan Hüseynov təlim günlərində iştirakçılarla tədqiqatçılığın növləri və metodları barəsində faydalı məlumat mübadiləsi aparıb.

İştirakçılar eyni zamanda “Müasir gənc tədqiqatçı necə olmalıdır?”, “Müasir gənc tədqiqatçıya hansı biliklər lazımdır?” sualları ətrafında geniş müzakirələr aparmışdılar. Layihənin sonunda iştirakçılar sertifikatla təltif olundular.