Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Sabahinfo.az-ın apa-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü N.Musayeva, 2006-cı il təvəllüdlü F.Həsənova və İ.Mollayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir.

Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.