Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayevi 16 yaşlı oğlan qətlə yetiribmiş.
Sabahinfo.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.
***
09:23
Dünən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayev bıçaqlanaraq qətlə yetirilib.
Sabahinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə gömrükçünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu ərazisində — ona məxsus mağazada baş verib.