Göygöl səhiyyəsi yeni inkişaf yolunda

Rayon sakinləri öz sağlamlıqlarını Vasif həkimə etibar edir

 

Azərbaycanda səhiyyə sisteminin inkişafı hökumətin prioritet sahələrindəndir. Dövlət başçısı cənab İlham Əliyevin bu sahənin inkişaf ilə bağlı imzaladığı sərəncam və fərmanlar Azərbaycan tibbinin inkişafında mühüm rol oynayır. Eyni zamanda Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan son zamanlar bütün dünyanın mücadilə apardığı COVİD -19 pandemiyasından üzüağ çıxdı. Statistik məlumatlara əsasən zamaında görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində bu virusdan ölüm hallarının ən az olduğu ölkələr arasında Azərbaycan ön sırada gəlir.

Ümumilikdə ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmini üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il әrzində 10 dәfədən çox artıb. Bu dövrdə böyük әksəriyyəti respublikanın bölgәlәrində olan 500-dәn artıq tibb müәssisəsinin tikintisi və ya әsaslı tәmiri hәyata keçirilib, tibb müəssisәlәrinin hamısı müasir texnika və avadanlıqla tәchiz olunub.Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb. Yolxucu xəstəliklərlə mübarizə işində əhəmiyyətli nəticələr əldə olunub, bu sahə praktik səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır. Belə ki, Cənab prezidentin tapşırığı ilə pondemiya dövründə Covid-19 virusuna yoluxmuş xəstələrin stasionar müalicəsi üçün 2000 çarpayı həcmində on modul xəstəxanası, o cümlədən biri İsmayıllı rayonunda olmaqla tikintisi başa çatdırılıb.Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün kəskin şəkildə aşağı düşmüş, həmçinin ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı salınıbdır.

Səhiyyə sistemi dövlət büdcəsindən böyük xərclər tələb edən sosial sahə olduğuna görə bu sahədə irimiqyaslı islahatların aparılması, xəstəxanaların yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz olunması, yeni müalicə-diaqnostika mərkəzlərinin tikintisi üçün dövlətin iqtisadi imkanlarının genişlənməsi zəruri idi. Bu baxımdan Azərbaycanda səhiyyə islahatları ölkə iqtisadiyyatında sürətli inkişafın başlaması ilə parallel olaraq 2004-cü ildən etibarən daha da genişlənib. Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Azərbaycan hökuməti ÜST(WHO), UNİCEF, USAİD-nin İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Blumberq Təşəbbüsü Fondu, Dünya Bankı, Avropa Komissiyası, BMT-nin müvafiq strukturları və digərləri ilə fəal əməkdaşlığa başlayıb. Səhiyyə sistemində islahatlar layihəsi çərçivəsində Azərbaycan hökuməti 2006-cı ilin sentyabrında Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası ilə maliyyələşmə sazişi imzalayıb. Bu saziş 6 il ərzində səhiyyədə struktur və idarəetmə islahatlarına dair layihənin həyata keçirilməsini nəzərdə tutur. Layihə Səhiyyə Nazirliyinin idarəetmə potensialının gücləndirilməsini, səhiyyə xidmətlərinin çatdırılmasının yaxşılaşdırılmasını, kadr resurslarının inkişaf etdirilməsini və s. əhatə edir.

İslahatların gedişi Dünya Bankının xüsusi missiyası tərəfindən izlənilir və nəticələrlə bağlı müsbət rəylər verilir. Həmçinin səhiyyə sistemində aparılan islahatlar Avropa Komissiyasının Azərbaycana dair Yaxın Qonşuluq Siyasəti təşəbbüsü çərçivəsində hazırlanan tərəqqi hesabatlarında son bir neçə ildir ki, davamlı olaraq müsbət rəylə qiymətləndirilir.

Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur. Konsepsiyada Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davam etdirilməsi nəzərdə tutulub.

Bundan əlavə, dövlәt tәrәfindәn sosial xəstəliklәrlə (diabet, hemofiliya, talassemiya, onkoloji xәstәliklər, immunoprofilaktika, hemodializ, vәrәm, QİÇS vә s.) mübarizә, sanitariya maarifi işi, narkomaniya və alkoqolizmlə mübarizə üzrə müxtəlif dövlət proqramları vasitәsilə həyata keçiriləcәk.

Azərbaycanda əhalinin sağlamlığının qorunmasına və səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına yönələn dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biridir. Belə ki, sağlam insan və güclü səhiyyə uzunmüddətli, dayanıqlı inkişafı təmin etmək üçün insan resurslarına nail olmağa imkan verir. Bu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq etmişdir.

Tibbi Sığorta haqqında Azərbaycan Respublikasının qanununu rəhbər tutaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 24 noyabr 2016-cı il tarixli sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Publik Hüquqi Şəxsi, 2018-ci il 20 dekabr tarixli fərmana əsasən isə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) yaradılmışdır. 01.01.2020-ci il tarixindən ölkə üzrə mərhələli şəkildə İcbari Tibbi Sığorta sistemi tətbiq olunmağa başlamışdır. Respublikamızın 23 şimal rayonunda olduğu kimi Göygöl RMX-sı PHŞ-də həmin tarixdən əhaliyə Tibbi Sığorta ilə xidmət göstərilir.

Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyev bu müəssisəyə rəhbərlik edəndən sonra ciddi dəyişiklər baş verib. Bunu bizə rayon sakinləri deyir. Sakinlərin sözlərinə görə, Vasif həkim həm tibbi xidmətin yaxşılaşdırılması, həm peşəkar kadrların təcrübələrindən yararlanması həm də müəssisəsinin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində atdığı addımlar nəticəsində ciddi uğurlar əldə olunub. Bir müddət xəstəlik səbəbindən Bakıya, yaxın Gəncəyə üz tutan Göygöl rayon sakinləri artıq rayonun özündə müalicə və müayinə olunurlar. Həkimlərə etibar edirlər.

Günümüzün əsas müzakirə mövzusu olan korrupsiya və rüşvətxorluqla mübarizə istiqamətində Vasif həkimin həyata keçirdiyi işlər təqdir olunur. Belə ki, İcbari Tibbi Sığorta sistemi tətbiq olunduqdan sonra xəstəxanada çalışan bütün tibb işçilərinin maaşlarına İTS əlavələrin, həkimlərə bonusların verilməsi sayəsində xəstələrdən pul alınmasının qarşısı alınmışdır. Eyni zamanda xəstəxanada yeni yaranan statlarda işlə təmin olunma məsələsində şəhid və qazi ailələrinə xüsusi diqqət yetirilir.

44 günlük vətən müharibəsi zamanı sağlamlıq imkanlarının itirən şəxslərin müalicəsi, onlara və yaxınlarına psixoloji dəstəyin verilməsi məsələsinə xüsusi diqqət yetirən Vaisf həkim bu prosesin davamlılığını qorumaq məqsədi ilə öz imkanları hesabına prosesə əlavə həkim personalının cəlbini təmin edib.

Göygöl şəhər sakini, əmək vətəranı Yusif Xancanov deyir ki, indi bölgəmizdə Azərbaycan Respublikası Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göygöl rayon Mərkəzi Xəstəxanasında apardığı islahatlardan razılıq hissi ilə danışılır. Bir il əvvəl xəstəxanada kadr dəyişikliyi oldu. Direktor vəzifəsi 12 il ümumi cərrah işləmiş gənc mütəxəssis Vasif Əliyevə həvalə edildi. Həmin müddətdə tibb ocağında ən başlıca dəyişiklik nədir sualına belə cavab verərdim - sağlam mühitin bərqərar olması. Əgər əsas tələb keyfiyyətli, təmənnasız xidmətdə, adamlara səmimiyyətlə yanaşmada mərkəzləşirsə insanlar ora inamla, cürətlə təşrif gətirirlər. Əvvəllər belə hallar da baş verirdi: Saxta əlillik dərəcələri müvafiq təmənnaların müqabilində başa gəlirdi. Tezliklə bu bazar bağlandı. Poliklinikanın keçmiş baş həkimi şikayətçilərə imtinanın başlıca səbəbinin yeni direktor olduğunu söyləməklə vəziyyətdən çıxmağa çalışırdı. Daha kimsədən işə götürülmə müqavilində maddi təmənna umulmur. Sözlərimi son bir ildə işə qəbul olunan 4 həkim, 4 yüksək dərəcəli tibb bacısıvə 10-a yaxın digər kateqoriyadan olanların hər biri təsdiqləyə bilər. Onlardan 4-ü şəhid ailələrinin üzvləridirlər. Xəstəxanadakı başlıca yeniliklərdən biri poliklinika sistemi ilə bağlıdır. Həkimlərin hamısı günortaya qədər orada müraciət edənlərin pulsuz müayinəsi və müalicəsi ilə məşğuldur. Ağır xəstələr xəstəxanaya yerləşdirilir, yüngülləri ev şəraitində ambulator müalicə alırlar.

Vətən müharibəsi dövründə burada 1000 nəfər yaralıya necə qayğı və həssaslıqla xidmət göstərildiyinin şahidiyik. Karantin dövrünün də tələblərinin də gözlənilməsi, müvafiq profilaktik tədbirlərin aparılması da həkim və tibb bacılarının insanların həyatının və sağlamlıqlarının qorunmasının başlıca qayğıları olduğunu göstərməkdədir. Rayonda 8000 nəfərdən çox vətəndaş vaksinləşmə kampaniyasına cəlb edilib.

Onu da bildirək ki, 156 çarpayılıq rayon mərkəzi xəstəxanası (bura 40 cərrahiyyə, 40 terapiya, 20 pediatriya, 30 mamalıq-ginekologiya, 10 yoluxucu xəstəliklər, 6 anesteziologiya-reanimasiya,hemodializ 10 çarpayıya malik şöbələr aiddir), böyüklər və uşaqlar bölümü olan poliklinika, qadın məsləhətxanası, 5 ailə sağlamlıq mərkəzi (Mərkəzi ASM, Balçılı, Çaykənd Şəhriyar, Çaylı), 8 kənd həkim məntəqəsi (Hacıməlik, Aşıqlı, Üçtəpə, Topalhəsənli,, Yeni Zod, Quşqara, Qızılca, Mollacəlilli kəndi), 23 kənd tibb məntəqəsi (Sarısu, Quşçu, Qarabulaq, Toğanalı, Göyçəkənd, Köşkü, Pənahlılar, Dozular, Gəncə, Zurnabad, Kərəmli, Bəhrəmbağ, Xəqani, Cümşüdlü, Qırıxlı, Sərkarlı, Haçaqaya, Əlimədətli, Nadil, Yeni Qızılca, Yalqışlaq, Danayeri, Tülallar kənd), 1 kardiorevmatoloji sanatoriya, 1 Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.

Mərkəzi rayon xəstəxanası 2009-cu ildə fərdi layihə ilə yeni inşa edilmiş və müasir inventar və avadanlıqla təmin olunmuşdur.

Bu tibb müəssisələrində 546 nəfər o, cümlədən 62 nəfər həkim, 2 əczaçı-provizor, 1 nəfər tibb üzrə fəlsəfə doktoru, 256 nəfər orta tibb işçisi çalışır. Hər 1000 nəfərə düşən həkimlərin sayı 1.0, hər 1000 nəfərə düşən orta tibb işçilərin sayı 4.0 Hər 1000 nəfərə doğum göstəricisi 10.0, hər 1000 nəfərə ölüm göstəricisi 8,6. Təbii artım 91 nəfərdir, hər 1000 nəfərə təbii artım göstəricisi 1.4-dür. Əhalinin hər 10000 nəfərinə stasionar çarpayı göstəricisi 24-dür.


Ədil Ədilzadə