Günay Məmmədzadə: “Vətənim adına ilkə imza atdığım üçün çox şadam”

“Vətənim adına ilkə imza ataraq, Avropa çempionatının gümüş medalını qazandığım üçün çox şadam”.

Bu sözləri Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın qadın şahmatçısı Günay Məmmədzadə öz “Facebook” hesabında qeyd edib. 

Qrosmeyster bu günlərdə hər kəsin dəstəyini hiss etdiyini bildirib:

“Hər birinizə təşəkkür edirəm. Yola davam”.

Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionatında bürünc medala sahib olub.