Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü X sinifli partlayış qeydə alınıb.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə Rusiyanın Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında deyilir.

Məlumata əsasən, partlayış oktyabrın 28-da təxminən saat 19:17-də başlayıb və 31 dəqiqə davam edib.

Mütəxəssislər bildirir ki, iki gün ərzində Günəşdə 28 zəif, orta və güclü partlayış baş verib.