“Güney Azərbaycana işıq tutan tədqiqatlar”  

Güney Azərbaycanda elm, mədəniyyət, mətbuat və ictimai fikrin dünəni və müasir problemləri ilə bağlı kitabça çap edilib. Kitabça “Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar” İctimai Birliyinin “Cənubi azərbaycanlı tanınmış elm, mədəniyyət, ictimai xadimlər və onların fəaliyyəti barədə maarifləndirmə kampaniyasının təşkili” layihəsi çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çap edilib. 
Yeni nəşrdə Güney Azərbaycanda elm, mədəniyyət, maarif məsələləri, ədəbiyyat, mətbuat tarixi və müasir problemləri barədə tədqiqatçı-alimlərin məqalələri yer almışdır. Müəlliflərin elmi-publisistik məqalələri İrandakı soydaşlarımızın elmi-ədəbi dünyagörüşü, intellektual vəziyyəti və oradakı ziyalıların həyat və fəaliyyətinə  həsr olunmuşdur.
Kitabça geniş oxucu auditoriyası həmçinin mövzu barədə araşdırma aparanlar üçün nəzərdə tutulmuşdur.