Gürcüstan quru sərhədi açsa da, Azərbaycandan gedə bilmərik

Bu məsələyə son günlər dövlətin müxtəlif səlahiyyətli şəxsləri tərəfindən də açıqlama verilib.

Prezidentin köməkçisi Şahmar Mövsümov iyunun 15-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələ ümumiyyətlə, müzakirə olunmur.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən də bu barədə sorğusuna cavab olaraq bildirilmişdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust tarixinədək uzadılıb: “Dövlət sərhədindən şəxslərin buraxılışı yalnız müəyyən olunmuş qaydada Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən icazə əsasında həyata keçirilir”.

Bu arada qeyd edək ki, sözügedən ölkələrə hava yolu xətti ilə səfər etmək mümkündür. 

Murad Əhməd