Hacıqabuldan Türkiyəyə DƏSTƏK

Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş və yardıma ehtiyacı olan şəxslər üçün alınmış yardımların yolasalınma mərasimi keçirilmişdir.

Türkiyəyə zəlzələdən əziyyət çəkən qardaşlarımıza kömək məqsədilə generatorlar, elektrik qızdırıcıları, yumşaq yataq və yorğan dəstləri eləcə də bir neçə adda tibbi ləvazimatlar göndərilmişdir.

Hacıqabul rayon sakinləri Türkiyədə baş vermiş fəlakətdən dərin kədərləndiyini bildirir, zəlzələdən zərərçəkən qardaşlarımıza səbr, dünyadan köçənlərə rəhmət diləyirlər.