Hamilə arvadını bıçaqladı 

Abşeron rayonunun Qobu qəsəbəsində 19 yaşlı hamilə qadın bıçaqlanıb.

Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, Əliağa Vahid küçəsində Nərimanova Aynur Zahid qızı yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Nərimanovanın anası bildirib ki, hadisə qısqanclıq zəminində baş verib. O, qızının 2 aylıq hamilə olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.